Biləsuvar rayonunda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
"Yeni Sabah" xəbər verir ki, qəza köhnə Bakı-Astara magistralının Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisindən keçən hissəsində baş verib.
Məlumata görə, hərəkətdə olan motosikletlə "Atego" markalı yük avtomobili toqquşub. İnternetdən sifariş
Toqquşma nəticəsində motosikletin sürücüsü - 2000-ci il təvəllüdlü, Biləsuvar rayon sakini Elşən Şahmarlı aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır./Oxu.az
Telegram kanalımız