Əməkdar artist karantindən gileyləndi:  “Bu bəladan qurtula bilməyəcəyik“
20 Mart 2021 16:15
465

Əməkdar artist karantindən gileyləndi: “Bu bəladan qurtula bilməyəcəyik“

“Ən azı bir il də bu bəladan qurtula bilməyəcəyik”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Əməkdar artist Sənubər İsgəndərli karantindən gileylənərək deyib.

Sosial şəbəkə hesabında bununla bağlı paylaşım edən aktrisa bu vəziyyətə etiraz edib:

 "Görünən odur ki, ən azi hələ 1 il də bu bəladan qurtula bilməyəcəyik. Qapanma, yumşalma, SMS, brifinq, karantin çərxi-fələyində yaşayacağıq. Buna yaşamaq demək olarsa...”

Qeyd edək ki, Azərbaycanda karantin müddəti 1 iyuna qədər uzadılıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər