Ən ağıllılar bu aylarda doğulur – SENSASİON ARAŞDIRMA

saytların hazırlanması

Evə çatdırılma

Ən ağıllılar bu aylarda doğulur – SENSASİON ARAŞDIRMA

Maraqlı

01 Avqust 2026 12:08 627


Harvard və Kvinslend universitetlərinin alimləri tərəfindən aparılan genişmiqyaslı araşdırma doğum ayı ilə uşaqların idrak inkişafı arasında maraqlı əlaqə olduğunu ortaya qoyub.

“Yeni Sabah” xəbər verir ki, tədqiqat çərçivəsində təxminən 21 min uşağın doğulduğu andan 7 yaşına qədər fiziki, idrak və akademik inkişafı izlənilib. Nəticələrə əsasən, ilin son rübündə xüsusilə oktyabr, noyabr və dekabr aylarında doğulan uşaqlar idrak testlərində həmyaşıdlarına nisbətən bir qədər yüksək nəticələr göstəriblər.

Araşdırmada ən diqqətçəkən qruplardan biri oktyabr ayında doğulan uşaqlar olub. Noyabr və dekabr ayında dünyaya gələn uşaqlar da koqnitiv göstəricilər baxımından yüksək nəticə göstərən qruplar sırasında yer alıblar. pizza sifarişi

Bundan əlavə, tədqiqat zamanı ilin son aylarında doğulan uşaqların yay aylarında doğulan həmyaşıdları ilə müqayisədə orta hesabla daha uzunboylu, daha ağır çəkili və baş çevrəsinin bir qədər böyük olduğu müşahidə edilib.

Alimlər mümkün səbəblərdən biri kimi hamiləlik dövründə mövsümi amilləri göstərirlər. Belə ki, qış aylarında doğuş edən anaların hamiləliyinin son mərhələsi yay mövsümünə təsadüf edir. Bu dövrdə günəş işığından alınan D vitamini və təzə qidalara daha asan çıxışın dölün inkişafına müsbət təsir göstərə biləcəyi ehtimal edilir. Eyni zamanda, hamiləliyin ilk aylarının qrip və digər mövsümi infeksiyaların daha az yayıldığı dövrlərə düşməsi də mümkün amillərdən biri hesab olunur.

Bununla yanaşı, tədqiqat müəllifləri vurğulayırlar ki, əldə edilən nəticələr ilin son aylarında doğulan uşaqların digərlərindən daha ağıllı olduğu anlamına gəlmir. Onların fikrincə, burada əsas rol oynayan amillərdən biri "nisbi yaş effekti"dir.

Mütəxəssislərin izahına görə, eyni sinifdə təhsil alan uşaqlar arasında bir neçə aylıq yaş fərqi erkən uşaqlıq dövründə dil bacarıqları, diqqət və öyrənmə qabiliyyəti kimi göstəricilərə təsir edə bilər. Buna görə də müşahidə edilən fərqlər doğum ayından çox, inkişaf və təhsil mühitinin təsiri ilə bağlı ola bilər.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!