Sosial şəbəkə istifadəçilərindən Aydan Sultanova "Enginet" internet provayderinin göstərdiyi xidmətlərdən kəskin narazılığını ifadə edib. Abunəçi bildirib ki, hər ayın sonuna yaxın şəbəkədə internetin sürəti əhəmiyyətli dərəcədə zəifləyir, ödəniş vaxtı tamam olan kimi isə xidmət dərhal dayandırılır.
“Yeni Sabah” xəbər verir ki, şikayətçinin sözlərinə görə, texniki nasazlıqlar ("qırmızı işıq" xətası) zamanı şirkətin dəstək xidməti ilə əlaqə saxlamaq üçün əlavə zəng xərcləri tələb olunur və təmir prosesi bir həftəyə qədər uzanır.
Aylıq abunə haqqı ödənilməsinə baxmayaraq, xidmətdə tez-tez fasilələrin yarandığını və dəymiş ziyana görə heç bir kompensasiya verilmədiyini diqqətə çatdıran istifadəçi, provayderin hava şəraiti dəyişən kimi analoji problemlərlə üzləşdiyini vurğulayıb. Toyuqlu pizza
Nazim Hacıyev
Telegram kanalımız