Ərdoğan və Putin Qarabağ məsələsini müzakirə etdilər
24 Noy 2020 23:16
707

Ərdoğan və Putin Qarabağ məsələsini müzakirə etdilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

Yenisabah.az Türkiyə mediasına istinadən xəbər verir ki, prezidentlər Suriya, Liviya və Dağlıq Qarabağdakı hazırki durumu müzakirə ediblər.

Ərdoğan Dağlıq Qarabağdakı münaqişəni həll etmək, bölgədə daimi sakitlik yaratmaq üçün nəzarət və monitorinq məqsədilə Türkiyənin Rusiya ilə birgə quracağı Ortaq Mərkəzin ən yaxın zamanda fəaliyyətə başlamasını gözlədiklərini ifadə edib.

Azərbaycanın işğal olunmuş ərazilərinin tamamilə azad olunması ilə bağlı məsələyə işarə edən Ərdoğan müddət ərzində Ermənistan tərəfinin daimi həlli çətinləşdirməsinə və razılıqla bağlı məsuliyyətlərdən yayınmasına icazə verilməməsini vurğulayıb.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər