“Azərbaycanda erkən evliliklər və 18 yaşadək qızların ana olması üzrə statistik göstəricilərdə kəskin azalma qeydə alınıb. Dövlətin tətbiq etdiyi profilaktik və preventiv mexanizmlər sosial risk göstəricilərində ciddi və səmərəli nəticələr verməkdədir”.
“Yeni Sabah”ın xəbərinə görə, bunu Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Milli Məclisin bu gün keçirilən iclasında rəhbərlik etdiyi qurumun 2025-ci ildə fəaliyyəti haqqında məlumatının müzakirəsi zamanı deyib.
O bildirib ki, müsbət dinamika təkcə birtərəfli hüquqi tədbirlərin deyil, bütövlükdə kompleks fəaliyyətin bəhrəsidir. pizza sifarişi
B.Muradova vurğulayıb ki, yerli idarəetmə, QHT və media mühitinin təhlili 2025-ci ildə qadınların müxtəlif sahələrdə təmsilçiliyinin artdığını göstərir. Həmçinin bələdiyyələrdə qadınların təmsilçilik səviyyəsi 39%-ə yaxınlaşıb, QHT sektorunda rəhbər vəzifələrdə çalışan qadınların sayı artıb, həmkarlar ittifaqlarında isə qadınların fəallığı yüksəlib.
Dövlət Komitəsi sədrinin sözlərinə görə, media və rəqəmsal platformalar gender məsələlərinin daha açıq şəkildə ictimai müzakirə predmetinə çevrilməsinə şərait yaradıb:
“Bu onu göstərir ki, bərabərlik siyasəti artıq yalnız dövlət səviyyəsində deyil, ictimai şüur səviyyəsində də sürətlə transformasiya olunur”.
Nazim Hacıyev
Telegram kanalımız