Keçmiş deputat Gürcüstanda vəfat etdi -   FOTO

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş deputat Gürcüstanda vəfat etdi - FOTO

Hadisə

26 May 2026 11:24 255


Gürcüstan parlamentinin azərbaycanəsilli keçmiş deputatı Mamed Məmmədov 78 yaşında vəfat edib.

Bu barədə “Yeni Sabah”a onun yaxınları məlumat verib.

M.Məmmədov yaşla bağlı xəstəlik səbəbindən dünyasını dəyişib.   Dominos pizza

Qeyd edək ki, Mamed Məmmədov 27 iyul 1948-ci ildə Qardabani rayonunun Candar kəndində anadan olub. O, 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunun Tikinti fakültəsini bitirib. Uzun illər müxtəlif idarəetmə və təsərrüfat sahələrində fəaliyyət göstərən M.Məmmədov ictimai-siyasi həyatda da fəal iştirak edib və bölgənin nüfuzlu simalarından biri kimi tanınıb.

Müxtəlif illərdə Qardabani rayonunda rəhbər vəzifələrdə çalışan M.Məmmədov V çağırış Gürcüstan parlamentinin deputatı olub.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!