"İnsan əməliyyatdan sonra 10 gün sənin yanında kresloda yatıb. Sənə əziyyət vermir, hər şeyi özü edir. Paltarımı belə özü geyindirirdi, heç kimə icazə vermirdi".
Yenisabah.az Axşam-a istinadla xəbər verir ki, bu sözləri aktrisa Zümrüd Qasımova "Bizimləsən" verilişində deyib.
Əri Nazim Zeynalovdan danışan sənətçi övladı olmamasının səbəbini açıqlayıb: pizza sifarişi
"Seçim qarşısında uşaq dünyaya gətirə bilərdim. Xərçəng elə bir xəstəlikdir ki, genim daşıyıcısı olacaqdı. Anama sual verirəm ki, niyə mən bu xəstəliyin daşıyıcısıyam? İstəmədim uşağım da mənə bu sualı versin. Özüm bu dünyadan gedərək onu kimlərinsə əlinə tərk etmək istəmədim.
9 ildir xəstəyəm. Həyatımızda "kaşki"lər var. Koronavirus insanları evə daha çox qapatdı. Ərim işə gedirdi, mən isə evdə qalırdım. Düşünürdüm ki, uşağım olsaydı, onunla məşğul olardım. Amma bunu faciəyə çevirə bilməzdim. İnsan nəyisə faciəyə çevirsə, yaşaya bilməz. Bacımın uşaqları çoxdur, övladım kimidir. Hətta bacıma demişəm ki, birini mənə ver. Verəcək... O da deyir ki, gəl bizdə gör. Deyirəm ki, yox, gəlib mənimlə yaşamalıdır.
Həyat yoldaşım da dedi ki, Zümrüd, sən olmadan mənə heç kim lazım deyil. Biz böyük mübarizələrdən keçmişik. Mən sevgiyə layiq bir xanımam. Hətta həyat yoldaşıma deyirdim ki, yaşadığım ərəfədə sənə bir xanım tapım, evləndirim. Bu həyatdan köçsəm də, fikirləşdiyim xanım olsun. Mən olmasam da onun tənha qalmasını istəmərəm. İstəyərəm ki, o da həyat qursun. Amma hələ bu dünyadan getmək fikrim yoxdur".
Telegram kanalımız