Ermənilər Robert Köçəryanı qəbiristanlıqdan qovdular  - Video
10 May 2021 16:44
1177

Ermənilər Robert Köçəryanı qəbiristanlıqdan qovdular - Video

Ermənistanın sabiq prezidenti Robert Köçəryan Qarabağ müharibəsində öldürülmüş erməni hərbçilərin qəbrini ziyarət zamanı etirazla qarşılanıb.

Yenisabah.az xəbər verir ki, ölmüş erməni hərbçilərin valideynləri R. Köçəryana kəskin etiraz edib, onun qəbiristanlığı tərk etməsini istəyiblər.

Hərbçilərdən birinin anası eks-prezidentin ünvanına kəskin ittihamlar səsləndirib, onu və Ermənistana rəhbərlik etmiş digər şəxsləri oğlunun ölümündə, ölkəni talamaqda günahlandırıb.

R. Köçəryan və onu müşayiət edənlər pərt vəziyyətdən ərazidən uzaqlaşıb.

Qeyd edək ki, Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan da tez-tez analoji vəziyyətlə üzləşir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər