Ermənistan Azərbaycana   17 milyon dollar ödədi

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

Siyasət

17 Avqust 2026 18:39 22


2026-cı ilin yanvar-iyul aylarında Azərbaycandan Ermənistana 17 milyon 372,1 min dollar dəyərində məhsul ixrac edilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumata görə, hesabat dövründə Ermənistana həyata keçirilən ixrac Azərbaycanın ümumi ixracının 0,09 faizini təşkil edib. Dominos pizza

Bildirilib ki, Azərbaycan cari ilin mart ayında ilk dəfə Ermənistandan məhsul idxal edib. Həmin ay Ermənistandan Azərbaycana 960 dollar dəyərində məhsul gətirilib.

İyul ayında isə Ermənistandan Azərbaycana məhsul idxalı qeydə alınmayıb.

Beləliklə, ilin ilk yeddi ayında Azərbaycanla Ermənistan arasında ticarət dövriyyəsində əsas göstərici Azərbaycanın Ermənistana həyata keçirdiyi 17,37 milyon dollarlıq ixrac olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!