Ermənistan İctimai Televiziyası ictimaiyyətdən üzr istəmək məcburiyyətində qalıb.
"Yeni Sabah" xəbər verir ki, buna səbəb sentyabrın 27-də yayımlanan əyləncəli konserti olub.
"Bu səhv idi və bunun məsuliyyətini tam şəkildə qəbul edirik, - dövlət tərəfindən maliyyələşdirilən Ermənistan İctimai Televiziyasının yaydığı bəyanatda bildirilib. - Baş verənləri proqramlaşdırma, texniki və ya əməliyyat şəraiti ilə əsaslandırmağa çalışmayacağıq. Üzr istəyirik. Bu cür hadisələrin təkrarlanmasının qarşısını almaq üçün müvafiq əməliyyat prosedurları nəzərdən keçirilir". Marqarita pizza
44 günlük müharibənin başlamasının altıncı ildönümündə Ermənistan İctimai Televiziyası müğənni Tat Simonyanın konsertini yayımlayıb. Simonyanın özü də ictimaiyyətdən üzr istəyib.
Telegram kanalımız