Ermənistan və Çin saziş imzaladı

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan və Çin saziş imzaladı

Dünya

22 Sentyabr 2026 17:33 107


Ermənistan və Çin arasında avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları haqqında saziş imzalanıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Armenpress" məlumat yayıb.

Saziş iki ölkə arasında beynəlxalq avtomobil daşımalarını tənzimləyir ki, bu da xarici ticarət əlaqələrinin inkişafına kömək edəcək. pizza sifarişi

Sazişi Ermənistan tərəfdən ərazi idarəetmə və infrastrukturlar nazirinin müavini Kristine Qaleçyan imzalayıb.

O qeyd edib ki, bu saziş iki ölkənin nəqliyyat sahəsində əməkdaşlığının dərinləşdirilməsi və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi istiqamətində atılan daha bir mühüm addımdır./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!