Ermənistana sərt xəbərdarlıq: “Bəlkə də qaytardılar”   xülyasından əl çəkin!

saytların hazırlanması

Evə çatdırılma

Ermənistana sərt xəbərdarlıq: “Bəlkə də qaytardılar” xülyasından əl çəkin!

Siyasət

25 Sentyabr 2026 14:34 303


Qərbi Azərbaycan İcması Ermənistanda bir qrup vətəndaş cəmiyyəti nümayəndəsinin diplomatik missiyalara və beynəlxalq təşkilatlara ünvanladığı müraciəti kəskin şəkildə pisləyib.

"Yeni Sabah" xəbər verir ki, İcma müraciətin 2020-ci ildən əvvəlki ritorika və yanaşmaları xatırlatdığını bildirib.

Qərbi Azərbaycan İcması müraciət müəlliflərinin səsləndirdiyi “işğal”, “soyqırımı”, “etnik təmizləmə”, “güc tətbiq edilməsi”, “tarixi-mədəni irsin dağıdılması və başqa xalqların adına çıxarılması” kimi ifadələrin son 30 il ərzində Ermənistanın Azərbaycana qarşı yürütdüyü dövlət siyasətinin tərkib hissəsi olduğunu qeyd edib. Dördpendirli pizza

İcmanın bəyanatında vurğulanıb ki, Azərbaycan işğala son qoyulduqdan sonra belə, onun yaratdığı kütləvi dağıntıların, mina təhlükəsinin, itkin düşmüş şəxslərlə bağlı problemin və digər fəsadların təsirindən tam olaraq xilas ola bilməyib.

Bəyanatda Ermənistanın Azərbaycanı ittiham edərək özünün dövlət məsuliyyətini və cinayətlərini inkar etməsi siyasətinin nəticəsiz qalacağı bildirilib.

Qərbi Azərbaycan İcması qeyd edib ki, Ermənistan ərazisində dağıdılmış və başqa xalqların adına çıxarılmış tarixi-mədəni irs, o cümlədən Göy Məscid, Sərdar sarayı, Dədə Ələsgərin məzarı, eləcə də alban-xristian irsi unudulmayacaq.

İcma Ermənistan hakimiyyətini sülh və normallaşma ilə ziddiyyət təşkil edən belə açıqlamalara və fəaliyyətə imkan verməməyə, cəmiyyəti sülhə hazırlamağa, erməni cəmiyyətini isə revanşist yanaşmalardan əl çəkməyə çağırıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!