Ermənistanı KTMT-dən çıxarma qərarına sevinərəm - Paşinyan

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanı KTMT-dən çıxarma qərarına sevinərəm - Paşinyan

Dünya

24 Avqust 2026 13:05 37


Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qayıtmaq niyyətində deyil və oradan çıxarılmasını gözləyir.

"Yeni Sabah" Armenpress-ə istinadla xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan parlamentdə bildirib.

"Dəqiq deyə bilərəm ki, biz KTMT-də fəaliyyətimizi bərpa etməyəcəyik. O təşkilatda müzakirələr gedir və nizamnamə həmçinin ölkənin oradan çıxarıla biləcəyini nəzərdə tutur. Əgər Ermənistanı KTMT-dən xaric etmək qərarına gəlsələr, çox məmnun olacağam. Bu, bizi çıxmaq, yoxsa çıxmamaq seçimindən azad edəcək. KTMT-yə olan marağımız tükənib", - o əlavə edib. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!