Tüfəngin patronu əlində partladı, ağır yaralandı

saytların hazırlanması

Evə çatdırılma

Tüfəngin patronu əlində partladı, ağır yaralandı

Hadisə

25 Noyabr 2026 00:51 51


Şirvan sakininin əlində patronun partlaması nəticəsində sol əlindən ağır xəsarətlər alıb.

"Yeni Sabah" APA-ya istinadən məlumatına görə, hadisə Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini, 1998-ci il təvəllüdlü Abdullazadə Həmdül Tahir oğlunun, özünün bildirdiyinə görə, onun əlində ov tüfənginin patronu partlayıb. Sərfəli qiymətə məhsullar

Nəticədə o, sol əlin çoxsaylı ağır travmaları ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirlib.

Onun əlində ixtisaslı cərrahiyə əməliyyatının aparılması üçün paytaxt xəstəxanalarından birinə təxliyə olunması gözlənilir.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!