UEFA Çempionlar Liqasının 2026/2027-ci il mövsümünün Liqa mərhələsində 5-ci tur başlayıb.
“Yeni Sabah” xəbər verir ki, böyükhesablı qələbə, prinsipial heç-heçə və Türkiyə təmsilçisinin qalibiyyəti qeydə alınıb.
Madrid klubunun doğma meydanda Niderlandın PSV komandasını qəbul etdiyi görüşdə ilk hissədə qonaqlar penaltidən fərqlənsələr də, ikinci hissədə meydan sahibləri fərqi böyüdərək 5:1 hesablı inamlı qələbə qazanıblar. Bakıda online alış-veriş
Türkiyə təmsilçisi "Qalatasaray" isə İstanbulda İngiltərənin "Aston Villa" klubunu 1:0 hesabı ilə üstələyib. İngiltərədə keçirilən digər maraqlı qarşılaşmalarda "Mançester Siti" ilə "Napoli" 2:2, "Arsenal" ilə Dortmund "Borussiya"sı isə 1:1 hesablı heç-heçəyə razılaşıblar.
Turun ilk oyun günündə qeydə alınan digər nəticələr də maraqla qarşılanıb. Almaniyada "Leypsiq" Fransanın "Lans" klubunu 3:1 hesabı ilə məğlub edib, "Budo-Qlimt" evdə Avstriya LASK-ını, İtaliya təmsilçisi "Komo" isə Yunanıstan AEK-ini eyni — 1:0 hesablı nəticə ilə üstələyib.
Səfər oyunlarında isə Portuqaliyanın "Portu" klubu Niderlandda "Feyenoord" üzərində 1:0, İspaniyanın "Real Betis" komandası isə Slovakiyada "Slovan" üzərində 2:0 hesablı qələbəyə sevinib.
Beşinci turun oyunları bu gün davam edəcək və Azərbaycan təmsilçisi "Sabah" Bakı Olimpiya Stadionunda İspaniyanın "Barselona" klubu ilə üz-üzə gələcək.
Nazim Hacıyev
Telegram kanalımız