Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi

Siyasət

25 Noyabr 2026 00:10 53


Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Eskişehirdə helikopter qəzası ilə əlaqədar Türkiyəyə başsağlığı verib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.

"Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus AS-532 tipli helikopterin Eskişehirdə qəzaya uğraması xəbəri bizi dərindən kədərləndirib. Baş vermiş hadisə ilə əlaqədar qardaş Türkiyəyə, Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinə və helikopterdə həlak olmuş hərbçilərin ailə üzvlərinə dərin hüznlə başsağlığı veririk. Hadisədən zərər çəkən hər kəsə və onların yaxınlarına bu çətin məqamda səbir və dözüm diləyirik", - paylaşımda qeyd olunub. Bakıda online alış-veriş


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!