Özcan Deniz və Deniz Çakır saxlanıldılar: İstanbulda genişmiqyaslı narkotik istintaqı

saytların hazırlanması

Evə çatdırılma

Özcan Deniz və Deniz Çakır saxlanıldılar: İstanbulda genişmiqyaslı narkotik istintaqı

Şou

25 Noyabr 2026 01:21 52


İstanbul Respublika Baş Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlərin Araşdırılması Bürosu tərəfindən fahişəlik, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi, əldə edilməsi, istifadəsi və saxlanılması ilə bağlı genişmiqyaslı istintaqa başlanılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Haber Global" telekanalı məlumat yayıb.

İstintaq materiallarına daxil edilmiş şübhəlilərin, şahid qismində dindirilən məlumatlı şəxslərin və gizli şahidlərin ifadələri, eləcə də ələ keçirilmiş mobil telefonların və rəqəmsal məlumat daşıyıcılarının ekspertizası nəticəsində yeni sübutlar əldə edilib. Online alış-veriş

Toplanmış materiallar əsasında narkotik vasitələrdən istifadə və ya onların saxlanılması ilə bağlı şübhələr yarandığından prokurorluq müvafiq tədbirlərə başlayıb.

Prokurorluğun göstərişi ilə istintaq çərçivəsində aralarında müğənni Özcan Deniz, rejissor Cem Karcı, təşkilatçı Erdal Bozkuş və aktrisa Deniz Çakırın da olduğu 35 şübhəli şəxs barəsində saxlanılma qərarı verilib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!