"Sumqayıt"ın kapitanı Səbuhi Abdullazadə ciddi xəsarət alıb.
"Yeni Sabah" xəbər verir ki, futbolçu "Neftçi" ilə matçda qırmızı vərəqə ilə cəzalandırıldıqdan sonra əsəblərinə hakim ola bilməyib.
O, meydanı tərk edərkən şüşə qapıya zərpə endirib. pizza
Yarımmüdafiəçi yaxın saatlarda əməliyyat olunacaq. Onun ayaq nahiyəsində ciddi kəsiklər yaranıb. S.Abdullazadə cərrahi müdaxilədən sonra bərpa prosesi keçəcək. Onun yaxın aylarda meydanlara qayıtması gözlənilmir.
Xatırlatma: "Sumqayıt" - "Neftçi" matçı qonaqların qələbəsi ilə nəticələnib - 3:1.
22 yaşlı futbolçu ilə 2025-2026-cı il mövsümünün sonunadək anlaşma əldə olunub.
Futbola 2011-ci ildə “Sumqayıt” Futbol Akademiyasında qədəm qoyan S.Abdullazadə 15 yaşı olarkən, 2017-2018-ci il mövsümündə Premyer Liqada debüt edib. Premyer Liqada 79 oyun keçirən yarımmüdafiəçi 1 qol vurub. Futbolçu U-15, U-16, U-17, U-19 və U-21 yığmalarının da uğurları üçün çalışıb.
Telegram kanalımız