Etibar Məmmədov İlham Əliyevi təbrik etdi 

saytların hazırlanması

Evə çatdırılma

Etibar Məmmədov İlham Əliyevi təbrik etdi 

Siyasət

12 Fevral 2024 13:15 483


Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirildi. Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin seçkilərdə səslərin 92.12 faizini (4 milyon 567 mindən çox) toplayaraq qələbə qazanıb. 

Nəticələrin elan olunmasından sonra həm xarici ölkələrdən, həm də ölkə daxilindəki müxtəlif şəxslərdən İlham Əliyevə təbriklər göndərilib.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) fəxri lideri, 1998 və 2003-cü ildə keçirilmiş prezident seçkilərində namizəd kimi iştirak edən Etibar Məmmədov da bununla bağlı Modern.az-a açıqlama verib.  pizza hut

O, seçki nəticələrinin gözlənilən olduğunu bildirib. "2024-cü ilin fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində başqa nəticənin olması mümkün deyildi. İlham Əliyevin qələbəsi gözlənilən idi",- Etibar Məmmədov deyib.

Siyasətçi prezidenti seçkilərdəki qələbəsinə görə təbrik etdiyini söyləyib:

"Yenidən prezident seçilməsi münasibətilə İlham Əliyevi təbrik etdim. Lakin şəxsən əlaqə saxlamamışam". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!