Binəqədi rayonunda kirayə yaşadığı evdən 8 min manat dəyərində əşya oğurlayan şəxs saxlanılıb.
Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, zərərçəkmiş şəxs polisə müraciət edərək ona məxsus evdən 8 000 manat dəyərində məişət və geyim əşyalarının oğurlandığını bildirib. pizza sifarişi
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 21 yaşlı Tofiq Quluzadə müəyyən edilərək saxlanılıb.
Araşdırma zamanı onun kirayə qaldığı evdən əşyaları oğurlayaraq hadisə yerini tərk etdiyi müəyyənləşdirilib.
Faktla bağlı araşdırma davam etdirilir.
Aytac Əliyeva
Telegram kanalımız