Əvəz Zeynallının vəziyyəti ağırlaşdı

saytların hazırlanması

Evə çatdırılma

Əvəz Zeynallının vəziyyəti ağırlaşdı

Sosial

28 Sentyabr 2026 12:32 217


“Xural TV”nin rəhbəri, jurnalist Əvəz Zeynallının səhhətinin yenidən ağırlaşması barədə məlumat almışdıq.

Bununla bağlı Musavat.com Zeynallı ailəsi ilə əlaqə saxlayıb.

“Xural” rəhbərinin həyat yoldaşı Məlahət Zeynallı avtomobil idarə etdiyindən telefon zənginə qızı Selcan Zeynallı cavab verib. Dördpendirli pizza

S.Zeynallı kövrəlmiş şəkildə atasının vəziyyətinin ağırlaşdığını və onu xəstəxanaya çatdırmağa çalışdıqlarını bildirdi.

Telefon danışığı zamanı arxa fonda Əvəz Zeynallının səsi də ara-sıra eşidilirdi. Onun və ailəsinin səsindəki narahatlıq vəziyyətinin ciddiliyini bir daha göstərirdi.

Qeyd edək ki, Əvəz Zeynallı uzun müddətdir ağır xəstəliklə mübarizə aparır. Onun səhhəti ilə bağlı son aylarda müxtəlif məlumatlar yayılıb və jurnalistin müalicəsi davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!