Evlənmək istəyənlərin nəzərinə -   Bakıda ilk dəfə təşkil olunacaq

saytların hazırlanması

Evə çatdırılma

Evlənmək istəyənlərin nəzərinə - Bakıda ilk dəfə təşkil olunacaq

Şou

11 Oktyabr 2025 10:11 422


Oktyabrın 23-25-də Bakıda ilk dəfə Azərbaycanın ən böyük Ailə və Evlilik sərgisi təşkil olunacaq.

“Yeni Sabah” xəbər verir ki, Bakı Ekspo Mərkəzində PAŞA EVENTS-in təşkilatçılığı ilə keçiriləcək tədbir Qafqaz regionunda da öz növündə ilk olmaqla ailə həyatı və evlilik mövzusuna həsr edilən ən genişmiqyaslı platformadır.

Sərgiyə ailə qurmaq, toy hazırlıqları və ailə həyatında istifadə olunan xidmət və məhsullarla bağlı bütün sektorları təmsil edən şirkətlər qatılacaq. pizza

Tədbir çərçivəsində ölkənin ən böyük lotereya uduşları, panel müzakirələri, “fashion show” və tədbirin sonunda keçiriləcək qala gecəsi ziyarətçilərə unudulmaz təcrübə bəxş edəcək.

Təşkilatçılar bildiriblər ki, sərginin məqsədi ailə və evlilik sahəsində fəaliyyət göstərən müəssisələri bir platformada birləşdirmək, eyni zamanda cütlüklərə və ailələrə faydalı məlumat, xidmət və məhsulları bir arada təqdim etməkdir.

Sərgidə iştirak pulsuzdur.

Əsmətxanım


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!