Əyri yola gedən məmurlar haqda prezidentə necə xəbər göndərmək olar? 

saytların hazırlanması

Evə çatdırılma

Əyri yola gedən məmurlar haqda prezidentə necə xəbər göndərmək olar? 

Xalqın səsi

13 Noyabr 2019 09:34 5327


Prezident İlham Əliyevin vətəndaşlara müraciəti gündəmin əsas müzakirə mövzularından biridir. 

Yenisabah.az xatırladır ki, Prezident yeni təyin etdiyi icra başçılarını qəbul edərkən vətəndaşlara xitabən bildirib: “Əgər görsəniz ki, rəhbər şəxslər əyri yola gedirlər, mütləq məlumat verin".

Prezidentin bu çağırışından sonra sosial şəbəkə istifadəçiləri prezidentə müraciət etmək, xəbər vermək üçün müxtəlif suallar səsləndiriblər. Bəs məmurların qanunsuz əməllərinin şahidi olan vətəndaşlar bu barədə ölkə başçısına necə məlumat verməlidir? Bunun bir neçə yolu var. 

1.  Məktub və teleqram vasitəsilə. Fəqət, bəzən vətəndaşlar bu üsuldan istifadə edərkən uğurlu nəticə əldə bilmirlər. Ona gör yox ki, vətəndaşların göndərdiyi məktub və teleqramlar oxunmur. Ona görə ki, yerli rəhbərlər poçtları nəzarətdə saxlayır və Prezidentə göndərilən şikayət dolu məktub və teleqramların qarşısını elə oradaca alırlar. Bu barədə mətbuatda da dəfələrlə yazılıb. Lakin bundan çıxış yolub var. Yaxşı olar ki, vətəndaşlar məktub və teleqramları xəbərnamə ilə göndərsinlər. Xəbərnamə göndərilən məktub və teleqramların ünvana çatdığını təsdiq edən sənəddir. Əgər vətəndaşa xəbərnamə gəlməyibsə, bu o deməkdir göndərdiyi məktub və teleqramlar ünvana çatmayıb.

2. Prezidentin rəsmi saytı:  Prezidentə müraciət etmək, məlumat vermək üçün başqa bir yol isə president.az saytı vasitəsilə ölkə başçısına məktub yazmaqdır. Bunun üçün president.az saytının “müraciətlər” bölümünə daxil olub orada “Prezidentə məktub yazmaq” düyməsinə tıklamaq lazımdır.  

Qeyd edək president.az saytı vasitəsilə ölkə başçısına göndərilən məktublara adətən reaksiya verilir.

3. Sosial media hesabı:  Üçüncü yol isə ölkə Prezidenti İlham Əliyevin sosial şəbəkədə olan hesablarının mesaj bölməsinə yazmaqdır. Prezidentin sosial media hesabları kifayət qədər aktivdir və burada yazılan əsaslı müraciətlərə reaksiya verilir.

4. Başqa bir yol isə mətbuatdır. Vətəndaşlar hansısa məmurun qanunsuz əməlləri ilə üzələşərsə, çəkinmədən mətbuat vasitəsilə ölkə başçısına müraciət edib baş verənləri onun diqqətinə çatdıra bilərlər. Prezident özü müsahibə və çıxışlarında dəfələrlə medianı izlədiyini bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Rəhimova Güllüzar Seyid qızı
    Azeriffaqin balansında olan Qazax şirə və şərab sexi inzibati binanin və 2 hektar torpaq sahəsi bizə məxsus olub Atam Rəhimov Seyid 1956 çi ildən orda işləyib Atam rəhmətə gedənə qədər burada yaşayıb 1964 ildə Mən Rəhimova Güllüzar Seyid anadan olmuşam.Orda doğulmuşam yaşamışam və işləmişəm Dövlət Tikinti və Arxitektura Komitəsinin baş Dövlət Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsinin 216 sayli Qeydiyyat vəsiqəsi əsasında mənə verilib.12.07.2004 çi ildə 01 nömrəli reyistr kitabında 54 sehfede 216 reyistr nömrəsi ilə qeydə alınıb.Qazax rayon məhkəməsinin 28.10.2005 tarixli Apellyasiya məhkəməsinin 05.07.2006 çi il tarixli qətnaməsi ilə həmin inzibati bina ve2 hektar torpaq sahəsi üzərində mülkiyyət hüquqlarınim təsdiqlənib.Lakin bunun üzərindən 2 il keçdikdən sonra iddia müddəti uzandıqdan sonra İqtisadi İnkişaf Nazirliyi Daşınmaz əmlakın İdarə edilməsi üzrə Dövlət komitəsinin tarixli qərarı ilə şikayetcinin əleyhinə əsassız qərar qəbul olunub.Gence Apellyasiya məhkəməsinin 23.12.2008 qərar ilə əsasız və qanunsuz olaraq əleyhimə qərarlar iqsadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Əsassız və qanunsuz olaraq Hərraca çıxarılaraq Məmmədov Əkbər bəy Əmlak Məsələləri Dövlət Xidmətinin Əməkdaşıdir.Bu torpaq ilk növbədə hərraca çıxarılanda mənə təklif olunmalı idi.Zefer bayramı günü Əkbər bəy Menim üstümə texniki ilə gəlib evimi darmadağın etdi.Hec bir orqanın iştirakı olmadan.Mene dedilər ki telofonda bizə halallıq ver.Mene hede qorxu gələrək məni videoya çəkdi.Meni alatdiki seni evlə təmin edəcem Məni küçəyə atdi Azərbaycan Respublikasının Konstitusiyasınin Mülkiyyət məcəlləsinə qanunvericiliyinə əsasən hər kəsin mülkiyyət hüququ var Mülkiyyət hüququ toxunulmazdır və təminatcisi dövlətdir Sizdən xahiş edirəm mənim sənədlərimi araşdırin Öncədən təşəkkür edirəm
    2 years ago