Fermerlərin üzləşdiyi problemlər Milli Məclisdə gündəmə gəldi

saytların hazırlanması

Evə çatdırılma

Fermerlərin üzləşdiyi problemlər Milli Məclisdə gündəmə gəldi

Sosial

23 Oktyabr 2026 13:21 67


Milli Məclisin bugünkü plenar iclasında “Aqrar sahə haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Zahid Oruc çıxış edərək kənd təsərrüfatı və kəndlərin sosial-iqtisadi inkişafı ilə bağlı mühüm məsələlərə diqqət çəkib.

"Yeni Sabah" xəbər verir ki, Z.Oruc Azərbaycanda məşğul əhalinin 31,4 faizi, yəni 1 milyon 782 min nəfəri kənd təsərrüfatında çalışsa da, bu sahənin ölkə iqtisadiyyatındakı payı cəmi 5,9 faiz təşkil etdiyini diqqətə çatdırıb.

O, bəzi ölkələrin beynəlxalq təcrübəsinə istinad edərək kənd təsərrüfatının inkişafının bilavasitə yerli ərazilərin sosial-iqtisadi tərəqqisi ilə kompleks şəkildə ələ alınmalı olduğunu, aqrar iqtisadiyyatın inkişafının həm də kəndlərə qayıdışın təşviqinə xidmət etdiyini vurğulayıb. pizza

Çıxışda Azərbaycanın torpaq ehtiyatları barədə də statistik məlumatlar təqdim olunub. Bildirilib ki, ölkənin ümumi torpaq fondu 8,64 milyon hektardır ki, bunun da 4,8 milyon hektarı kənd təsərrüfatına yararlı torpaqlar, 1,8 milyon hektarı isə birbaşa əkin sahələridir. Bəndin aqrar ənənələrə və dövlət dəstəyinə baxmayaraq torpaqların istehsal potensialından tam istifadə olunmadığını deyən deputat, Ümummilli Lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə suvarma sistemlərinin genişləndirilməsi, texnikanın yenilənməsi, emal sənayesinin inkişafı və məhsuldarlığın kəskin artırılması istiqamətində əldə olunan tarixi nailiyyətləri xatırladıb.

Zahid Oruc Prezident İlham Əliyevin kənd təsərrüfatına dair müşavirədə səsləndirdiyi fikirlərə istinad edərək istehsal dinamikasının zəifləməsi və sahədəki durğunluq səbəblərinə toxunub. O, hazırda aqrar sahədə əsas problemlər kimi suvarma sistemlərinin qurulması və yenilənməsi, fermerlərin suya çıxış imkanları, texnikadan səmərəli istifadə və məhsulun satışındakı çətinlikləri göstərib. Deputat qeyd edib ki, fermerlər məhsullarını bazara çıxararkən maneələrlə üzləşir, iri ticarət şəbəkələrinin diktə etdiyi ağır şərtlər isə təsərrüfatların fəaliyyətinə mənfi təsir göstərir.

Z.Oruc subsidiya və dövlət dəstəyi mexanizmlərinin qiymətləndirilməsi zamanı yalnız istehsal göstəricilərinin deyil, həm də təsərrüfatların gəlirlərinin, yaradılan iş yerlərinin, su sərfinin və su itkilərinin də nəzərə alınmasını təklif edib.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!