Orduda bu məsələyə yenidən baxılmalıdır – Deputatdan TƏKLİF

saytların hazırlanması

Evə çatdırılma

Orduda bu məsələyə yenidən baxılmalıdır – Deputatdan TƏKLİF

Siyasət

23 Oktyabr 2026 13:00 292


Milli Məclisin plenar iclasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov çıxış edərək hərbi sahədəki islahatlar üzrə vacib məqamlara diqqət çəkib.

"Yeni Sabah" xəbər verir ki, S.Novruzov bildirib ki, bu cür qanun layihələrinin qəbul olunması ordumuzun güclənməsinə və onun intellektual səviyyəsinin artmasına xidmət edir. Deputat vurğulayıb ki, yüksək intellektual səviyyəyə malik ordunun gücü texnologiyaların idarə edilməsində və strateji məsələlərin həllində digər ordularla müqayisədə daha üstündür. O, 44 günlük Vətən müharibəsində və suverenliyin bərpasında qəhrəman Azərbaycan əsgərinin rolunu xüsusi qeyd edərək, texnologiyadan asılı olmayaraq ordu quruculuğunda əsas amilin məhz insan faktoru olduğunu, bu səbəbdən kadrların hazırlanması, təlimlər və rütbələrin verilmsi prosesinin böyük əhəmiyyət kəsb etdiyini söyləyib.

Hərbçilərin çağırışçı və müqaviləli olaraq iki ana kateqoriyaya bölündüyünü xatırladan parlamentari təklif olunan dəyişikliklərin əsasən çağırış əsasında xidmət edənlərə şamil olunduğunu, müqavilə ilə çalışanların əməkhaqqı və xidmət şərtlərinin isə öz müqavilələrində tənzimləndiyini qeyd edib. pizza

Deputat, həmçinin magistratura və doktorantura kimi təhsil pillələrinin ordu ilə əlaqəsinin nəzərə alınmasının vacibliyini müdafiə edib. O diqqətə çatdırıb ki, filologiya və ya fəlsəfə kimi sahələrlə müqayisədə riyaziyyat, fizika, kimya və coğrafiya kimi ixtisaslar hərbi texnikanın tətbiqi və ordunun gələcək inkişafı üçün daha böyük əhəmiyyət daşıyır, bu səbəbdən sistemə daxil ediləcək ixtisaslar dəqiq tənzimlənməlidir.

Siyavuş Novruzov çıxışının sonunda hərbi xidmətkeçmə qaydalarını müəyyən edən normativ sənədlərin müasir tələblərə uyğunlaşdırılmasını təklif edib. O, Vətən müharibəsindən sonra yaranan yeni reallıqları nəzərə alaraq, hərbi xidmətin bütün istiqamətlərini əhatə edən tamamilə yeni və kompleks qanun layihəsinin hazırlanmasının vacibliyini vurğulayıb.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!