Mobil nömrələrlə bağlı hamının bilməli olduğu təhlükə üzə çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Mobil nömrələrlə bağlı hamının bilməli olduğu təhlükə üzə çıxdı

Sosial

23 Oktyabr 2026 12:07 115


Milli Məclisin bugünkü iclasında çıxış edən deputat Razi Nurullayev mobil nömrələrin yenidən istifadəyə verilməsi qaydaları və şəxsi məlumatların təhlükəsizliyi ilə bağlı vacib məsələ qaldırıb.

"Yeni Sabah" xəbər verir ki, deputat Razi Nurullayev diqqətə çatdırıb ki, istifadə olunmayan mobil nömrələrin yenidən dövriyyəyə buraxılması ilə bağlı vahid təhlükəsizlik standartlarının müəyyənləşdirilməsinə ehtiyac var. O vurğulayıb ki, günümüzdə mobil nömrələr təkcə zəng və SMS üçün deyil, həm də bank hesablarına, sosial şəbəkələrə, elektron poçta və müxtəlif dövlət xidmətlərinə giriş, eləcə də hesabların təsdiqi və bərpası üçün əsas vasitə hesab olunur.

Mövcud risklərə toxunan parlamentari bildirib ki, vətəndaşın istifadə etmədiyi nömrə müəyyən müddətdən sonra ləğv edilərək başqa abonentə satıla bilir. Əgər əvvəlki istifadəçi həmin nömrəni bank və ya sosial şəbəkə hesablarından ayırmayıbsa, yeni abonent ona ünvanlanan təsdiq kodları və digər konfidentsial məlumatlarla qarşılaşır ki, bu da şəxsi məlumatların məhrəmliyi və hesabların təhlükəsizliyi baxımından ciddi risk yaradır. Sezar pizza

Razi Nurullayev mobil operatorların fəaliyyətinin məhdudlaşdırılmasını təklif etmədiyini, lakin mövcud qaydaların rəqəmsal həyatın müasir tələblərinə uyğunlaşdırılmasının zəruriliyini qeyd edib.

Deputat təklif edib ki, nömrə yeni abonentə verilməzdən əvvəl xüsusi karantin müddəti tətbiq olunmalı, yüksək riskli xidmətlərlə əlaqələndirilmiş nömrələr üçün əlavə təhlükəsizlik mexanizmləri yaradılmalıdır.

O, həmçinin mobil operatorlar, banklar, elektron xidmət provayderləri və sosial platformalar arasında nömrə dəyişdirildiyi zaman hesabların mühafizəsini temin edən sıx əməkdaşlıq mexanizminin qurulmasını məqsədəuyğun hesab edib.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!