Sabah hava ilə bağlı gözlənilməz vəziyyət yaranacaq –   Diqqətli olun!

saytların hazırlanması

Evə çatdırılma

Sabah hava ilə bağlı gözlənilməz vəziyyət yaranacaq – Diqqətli olun!

Sosial

23 Oktyabr 2026 12:17 253


Bakıda və Abşeron yarımadasında gecə və səhər saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Azərbaycanın rayonlarında isə leysan xarakterli intensiv və güclü yağış, şimşək, dolu və yüksək dağlıq ərazilərdə qar ehtimalı var.

Bu barədə "Yeni Sabah"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq və əsasən yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək. Pepperoni pizza

Havanın temperaturu gecə 15-17°, gündüz 19-22° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət isə 65-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı ərazilərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal edilir. Yüksək dağlıq ərazilərdə qar yağacağı, gecə və səhər saatlarında isə bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Rayonlarda havanın temperaturu gecə 13-17°, gündüz 18-22° isti olacaq. Dağlıq ərazilərdə gecə 5-9°, gündüz 9-14° isti qeydə alınacaq.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!