Milli Məclisin bugünkü plenar iclasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Sahib Alıyev çıxış edərək orduda intellektual potensialın vacibliyinə toxunub.
"Yeni Sabah" xəbər verir ki, deputat bildirib ki, magistratura və doktorantura təhsili olan zabit sadəcə icraçı deyil, həm də tədqiqatçı, analitik və strateqdir. S.Alıyevin sözlərinə görə, təklif olunan dəyişikliklər hərbi qulluqçuların rütbələrdə olma müddətinin tənzimlənməsi ilə yanaşı, Azərbaycan Ordusunun intellektual və texnoloji modelə keçidinin hüquqi əsaslarının gücləndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır.
Sahib Alıyev xatırladıb ki, Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində qazandığı zəngin təcrübə aparıcı beynəlxalq hərbi dairələrin diqqətini cəlb edib. O, ABŞ-nin məşhur Vest-Point Hərbi Akademiyası da daxil olmaqla, ümumilikdə beş xarici hərbi məktəbdə Azərbaycan Ordusunun döyüş taktikası və müharibə təcrübəsinin xüsusi tədris edildiyini diqqətə çatdırıb. Sezar pizza
Deputatın fikrincə, magistratura və doktorantura təhsili alan zabitlərin bilik və elmi potensialı müasir ordu quruculuğunda həlledici rol oynayır. O vurğulayıb ki, müasir dövrdə orduların inkişafında fiziki göstəricilərlə yanaşı, hərbi qulluqçuların intellektual hazırlığı və texnoloji üstünlükləri də ön plana çıxır.
Nazim Hacıyev
Telegram kanalımız