Milli Məclisdən gözlənilən qərar: O, vəzifəsində qalacaq!

saytların hazırlanması

Evə çatdırılma

Milli Məclisdən gözlənilən qərar: O, vəzifəsində qalacaq!

Siyasət

23 Oktyabr 2026 12:23 121


Milli Məclisin bugünkü plenar iclasında Hafiz Mahir oğlu İsmayılbəylinin Hesablama Palatasının dövlət auditoru vəzifəsinə yenidən təyin edilməsi məsələsi müzakirə olunub.

İclasda çıxış edən deputat Azər Əmiraslanov bildirib ki, bu məsələyə əvvəlcə müvafiq parlament komitəsində baxılıb və layihəyə müsbət rəy verilib.

"Yeni Sabah" xəbər verir ki, müzakirələrdən sonra keçirilən səsvermə nəticəsində Hafiz İsmayılbəyli Hesablama Palatasının dövlət auditoru vəzifəsinə yenidən seçilib. pizza hut

Qeyd edək ki, Hafiz İsmayılbəyli 2019-cu ildən etibarən Hesablama Palatasının auditoru vəzifəsində fəaliyyət göstərir.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!