Azərbaycanın bu bölgəsində nələr baş verir? -   Deputat hər şeyi danışdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın bu bölgəsində nələr baş verir? - Deputat hər şeyi danışdı

İqtisadiyyat

23 Oktyabr 2026 11:48 105


Milli Məclisin bugünkü iclasında çıxış edən deputat Vüqar Bayramov zəfərdən sonra işğaldan azad olunan ərazilərdə iqtisadiyyatın formalaşması və reinteqrasiyası prosesinin intensiv şəkildə davam etdiyini bildirib.

"Yeni Sabah" xəbər verir ki, deputat  “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində uzun müddət işğal altında qalan və tamamilə dağıdılan ərazilər yenidən bərpa olunur, keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışı təmin edildiyini vurğulayıb.

Deputatın sözlərinə görə, indiyədək bərpa və yenidənqurma işlərinə dövlət büdcəsindən 26 milyard manat vəsait ayrılıb və Azərbaycan bu layihələri tamamilə öz maliyyə imkanları hesabına həyata keçirməklə öz iqtisadi gücünü nümayiş etdirir. Dördpendirli pizza

V.Bayramov qeyd edib ki, zəfərdən sonra Qarabağın iqtisadiyyatı 4 dəfə böyüyüb. Qarabağ iqtisadi rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsulun ümumi buraxılışı 2020-ci ildəki 1 milyard 548 milyon manatdan hazırda 6 milyard manat səviyyəsinə çatıb. Azad edilmiş ərazilərdə xüsusi dinamika müşahidə olunur; belə ki, 2025-ci ildə təkcə Ağdam rayonunda sənaye məhsulunun dəyəri 2024-cü ilə nisbətən 17,4 dəfə artaraq 1 milyard 2 milyon manat təşkil edib, kənd təsərrüfatında isə 2 dəfə artım qeydə alınıb. Eyni zamanda regionda istehsal olunan müxtəlif sənaye və qeyri-neft məhsulları Gürcüstan, Moldova, Özbəkistan, Qazaxıstan və Rusiya daxil olmaqla geniş coğrafiyaya ixrac edilir.

Yenidənqurma tədbirləri nəticəsində Qarabağda tikinti sektoru 10 dəfədən çox böyüyərək həm iqtisadiyyata yeni dəyər qatır, həm də yeni iş yerlərinin yaradılmasına xidmət edir. Şərqi Zəngəzur iqtisadi rayonunun da sürətli inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdıran deputat bildirib ki, zəfərdən sonra bu bölgenin iqtisadiyyatı 30 dəfə böyüyərək 4 milyard manatı keçib. Müqayisə üçün, 2020-ci ildə həmin iqtisadi rayonda ümumi məhsul buraxılışı cəmi 134 milyon manat idi. Habelə 2 gün sonra şəhər gününü qeyd edəcək Qubadlı rayonunun da daxil olduğu Şərqi Zəngəzurun artıq 100 milyon manatlıq sənayesi, 170 milyon manatdan çox aqrar sektoru və 4 milyard manata yaxınlaşan tikinti sektoru mövcuddur.

Deputat yekunda vurğulayıb ki, azad edilmiş torpaqlar Azərbaycanın yeni iqtisadi inkişaf drayverinə çevrilməkdədir ki, bu da milli iqtisadiyyatın dayanıqlılığına və diversifikasiyasına böyük dəstək verir.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!