Fərruxda daha bir neçə azərbaycanlının meyitlərinin qalıqları tapılıb   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Fərruxda daha bir neçə azərbaycanlının meyitlərinin qalıqları tapılıb - Fotolar

Sosial

30 Mart 2022 15:56 464


Xocalı rayonunun Fərrux kəndi ətrafında daha bir neçə azərbaycanlının meyitlərinin qalıqları tapılıb.

"Report"un əldə etdiyi məlumata görə, qalıqlar Azərbaycanın Birinci Qarabağ müharibəsində Fərrux kəndi və yüksəkliyi uğrunda gedən ağır döyüşlərdə şəhid olmuş vətəndaşlarına aiddir.

Belə ki, ayrı-ayrılıqda 3 yerdə aparılmış qazıntılar zamanı Birinci Qarabağ müharibəsi zamanı qətlə yetirilmiş daha bir neçə azərbaycanlının qalıqları tapılıb. pizza sifarişi

Qeyd edək ki, ötən gün də Fərrux kəndi ərazisində insan meyitlərinin qalıqları aşkarlanıb.

Hazırda faktlarla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!