2026-cı il dünya çempionatı öncəsi İran millisinin təlim-məşq toplanışının yeri dəyişdirilib.
"Yeni Sabah" xəbər verir ki, FİFA komandanın düşərgəsinin ABŞ-dan Meksikanın Tixuana şəhərinə köçürülməsini təsdiqləyib. İran Futbol Federasiyasının prezidenti Mehdi Taj qərarın FİFA və mundial təşkilatçıları ilə keçirilən görüşlərdən sonra verildiyini açıqlayıb.
İran millisi mundialdakı bütün qrup oyunlarını ABŞ-da keçirsə də, hazırlıq prosesini Meksikada davam etdirəcək. Komanda hazırda Türkiyənin Antalya bölgəsində məşqlərini davam etdirir. Pepperoni pizza
Telegram kanalımız