Finlandiya səfiri Rusiya XİN-ə çağırıldı

saytların hazırlanması

Evə çatdırılma

Finlandiya səfiri Rusiya XİN-ə çağırıldı

Dünya

06 İyul 2023 15:00 912


Finlandiyanın Moskvadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb, ona Helsinkinin anti-Rusiya siyasətinə görə “qəti etiraz” verilib. 

Yenisabah.az "Kommersant"a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Etirazın səbəbi Finlandiyaya Rusiya vətəndaşları üçün giriş rejiminin sərtləşdirilməsi olub. Toyuqlu pizza

“Belə qərarlar qəbul edərkən Helsinki bilməlidir ki, Finlandiyanın bu cür canfəşanlığı nəinki Brüssel, Vaşinqton və Kiyevdə qiymətləndiriləcək, həm də Finlandiya istiqamətində gələcək siyasəti planlaşdırarkən Moskvada nəzərə alınacaq”, - o söyləyib.

Məlumata görə, oktyabrın 1-dən Rusiya Finlandiyanın Sankt-Peterburqdakı Baş Konsulluğunun fəaliyyətinə verdiyi razılığı geri götürür. Finlandiyanın Moskvadakı səfirliyinin və Sankt-Peterburqdakı Baş Konsulluğun 9 əməkdaşı persona non-qrata elan edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!