Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri ilin əvvəlindən 5 milyard 712 milyon manat təşkil edib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Fondun gəlirləri yanvar-avqust aylarında proqnozla müqayisədə 5 faiz və ya 264 milyon manat çox olub. Sezar pizza
Gəlirlər tərkibində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar da artıb. Belə ki, bu istiqamətdə daxilolmalar proqnoza nisbətən 6 faiz və ya 265 milyon manat artaraq 4 milyard 559 milyon manata çatıb.
Qeyd olunub ki, hesabat dövründə DSMF-nin xərcləri 5 milyard 494 milyon manat təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz və ya 490 milyon manat çoxdur.
Aytac Əliyeva
Telegram kanalımız