“Formula-1”in sabiq rəhbəri Portuqaliyada həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

“Formula-1”in sabiq rəhbəri Portuqaliyada həbs olundu

Dünya

07 Sentyabr 2026 21:13 95


"Formula-1"in sabiq rəhbəri Berni Ekklstoun qanunsuz silah gəzdirdiyinə görə Portuqaliyada həbs olunub.

"Yeni Sabah" xəbər verir ki, 95 yaşlı britaniyalı sahibkar şəxsi təyyarəsi ilə yerə endikdən dərhal sonra Tires aerodromunda "planlı əməliyyat çərçivəsində" saxlanılıb.

Mənbənin bildirdiyinə görə, Ekklstounun üzərində tüfəng olub. Toyuqlu pizza

2022-ci ildə də Braziliya hava limanında yoxlama zamanı Ekklstounun üzərində qeydiyyata alınmamış tapança aşkar olunmuşdu. Ekklstoun dindirilmə zamanı silahın özünə məxsus olduğunu etiraf etsə də, onun baqajda olmasından xəbərsiz olduğunu bildirmişdi. Biznesmen girov müqabilində azadlığa buraxılmışdı.

Qeyd edək ki, Ekklstoun 1978-2017-ci illərdə "Formula-1"in rəhbəri vəzifəsini icra edib. Bu postda onu amerikalı Çeyz Keri əvəzləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!