Şirkət rəhbəri 300 minlik dələduzluqda ittiham olunur

saytların hazırlanması

Evə çatdırılma

Şirkət rəhbəri 300 minlik dələduzluqda ittiham olunur

Kriminal

06 Noyabr 2026 19:56 166


Şirkət rəhbəri vətəndaşların etibarından sui-istifadə edərək külli miqdarda dələduzluq etməkdə təqsirləndirilir.

"Yeni Sabah" APA-ya istinadən xəbər verir ki, “Azərbaycan Test Portalı” MMC-nin təsisçisi və direktoru Nihad Məmmədov vətəndaşlardan işə düzəltmək adı ilə 300 min manata yaxın pul almaqda ittiham olunur.

Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Marqarita pizza

İttihama görə, o, işə qəbul edilən vətəndaşlarla əmək müqavilələri bağlasa da, onlara əməkhaqqı ödənilməyib.

Bu gün cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Arzuyar Kərimovun sədrliyi ilə keçirilən hazırlıq iclasında tərəflərin anket məlumatları dəqiqləşdirilib, hüquq və vəzifələri izah edilib.

Məlum olub ki, təqsirləndirilən Nihad Məmmədov istintaq dövründə ziyanın 15 min manata yaxın hissəsini ödəyib.

Təqsirləndirilən şəxsin müdafiəçisi müvəkkili barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatət verib.

Məhkəmə vəsatəti təmin etməyib və cinayət işinin baxışa verilməsi barədə qərar qəbul edib.

Məhkəmənin baxış iclası noyabrın 13-nə təyin edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!