“Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq” - Prezidentlə sakin arasında   MARAQLI DİALOQ

saytların hazırlanması

Evə çatdırılma

“Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq” - Prezidentlə sakin arasında MARAQLI DİALOQ

Siyasət

06 Noyabr 2026 21:21 250


Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.

"Yeni Sabah" xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərlə görüşüblər.

Görüş zamanı səmimi anlar yaşanıb. Belə ki, sakinlərdən biri nəvələrinin xahişi ilə Prezidentlə şəkil çəkdirmək istədiyini bildirib: Toyuqlu pizza

Prezident İlham Əliyev: Burada yaşamısınız?

Kişi sakin: Bəli, bu kəndin sakiniyəm. Bəli, burada doğulub, burada böyüyüb, sürücü işləmişəm. Nəvələrim xahiş etdi ki, cənab Prezidentlə şəkil çəkdirərsən, gətirərsən, biz də başımızın üstündən asacağıq.

Prezident İlham Əliyev: Bəs işğal dövründə harada yaşayırdınız?

Kişi sakin: Bakıda.

Prezident İlham Əliyev: Bakıda? Şərait necə idi?

Kişi sakin: O qədər yaxşı deyildi, 33 ili yola verdik, Allah canını sağ eləsin.

Prezident İlham Əliyev: Hansı işlə məşğul idiniz?

Kişi sakin: Orada da öz maşınımla işləmişəm, QAZ-53-üm var idi.

Prezident İlham Əliyev: İndi burada yenə sürücü?

Kişi sakin: Sürücülük. Maşının daşını atmışam, gedib.

Prezident İlham Əliyev: Burada nə işlə məşğul olacaqsınız?

Kişi sakin: Burada kənd təsərrüfatı ilə. Bizim camaat işlək camaatdır, cənab Prezident, əkəcəklər, biçəcəklər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!