Fransada baş nazir Makrondan daha hörmətlidir   - Yeni sorğu

saytların hazırlanması

Evə çatdırılma

Fransada baş nazir Makrondan daha hörmətlidir - Yeni sorğu

Dünya

22 Avqust 2022 13:11 869


Fransa Baş naziri Elizabet Bornun reytinqi prezident Emmanuel Makronun reytinqini üstələyib.

Yenisabah.az xəbər verir ki, bu barədə “Journal du Dimanche” məlumat yayıb.

Aylıq sorğuların məlumatlarına görə, Makronun avqust ayında bəyənilmə reytinqi yüzdə 37% olub. Fransızların 63%-i onun fəaliyyətini bəyənmir, respondentlərin 75%-i isə onun təhlükəsizlik siyasətindən narazıdır. Bu arada Fransanın Baş naziri Elizabet Bornun reytinqi 41% olub. pizza

Qeyd edək ki, gənclər, kiçik biznes nümayəndələri, eləcə də sağ mərkəzçi “Respublikaçılar” partiyasının üzvləri Borna müsbət münasibət bəsləyirlər.

Xatırladaq ki, koronavirus pandemiyasının başlanğıcından bəri ilk dəfə olaraq Fransa əhalisinin bütün təbəqələri arasında prezidentin reytinqi bu qədər aşağı olub. Makron hətta 65 və daha yuxarı yaş qrupunu, böyük biznesi və “İrəli Respublika” partiyasının tərəfdarlarını təmsil edən əsas elektorat arasında da nüfuzunu itirməkdə davam edir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!