Futbolda yeni qayda: “Qara kart” göstəriləcək

saytların hazırlanması

Evə çatdırılma

Futbolda yeni qayda: “Qara kart” göstəriləcək

İdman

12 Sentyabr 2026 12:48 113


Rumıniya Futbol Federasiyası (FRF) uşaq və gənclər çempionatlarında intizamı təmin etmək məqsədilə dünya futbolunda ilk dəfə tətbiq olunacaq yeni qaydanı təsdiqləyib.

“Yeni Sabah” xəbər verir ki, təşkilatın Fövqəladə Hallar Komitəsi tərəfindən qəbul edilən qərara əsasən, U-7 – U-16 yaş qrupları üzrə matçlarda hakimlər "qara kart"dan istifadə edə biləcəklər.

Sarı və qırmızı kartlardan fərqli olaraq, qara kart birbaşa meydandakı futbolçulara deyil, tribunada ədəbsiz davranış sərgiləyən, təhqir və ya fiziki təzyiq göstərən azarkeşlərə, xüsusilə də valideynlərə qarşı tətbiq olunacaq. Federasiyanın bəyanatında bildirilib ki, bu addımın ana məqsədi uşaqları böyüklərin həddindən artıq hırsından, psixoloji təzyiqindən və aqressiyasından qorumaqdır. pizza mizza

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!