"Lids Yunayted"in gənc qapıçısı Ceyms Trafford İngiltərə Premyer Liqasında nümayiş etdirdiyi möhtəşəm performansla diqqətləri üzərinə çəkib.
“Yeni Sabah” xəbər verir ki, qolkiper çərçivəyə yönələn zərbələrin dəf edilməsi göstəricisində bütün rəqiblərini geridə qoyub.
O, mövsümdə etdiyi 20 seyvlə turnirin ən çox xilasetmə edən qapıçısı olmaqla yanaşı, 87% seyv faizi ilə də liqada birinci pillədə qərarlaşıb. pizza mizza
23 yaşlı qapıçının bu statistikası komandasının müdafiə xəttindəki ən inamlı halqaya çevrildiyini və onun mövsümün ən yaxşı qapıçı göstəricilərinə imza atdığını bir daha sübut edir.
Nazim Hacıyev
Telegram kanalımız