General rütbəsi alan Anar İsmayılovla bağlı   BİLİNMƏYƏNLƏR

saytların hazırlanması

Evə çatdırılma

General rütbəsi alan Anar İsmayılovla bağlı BİLİNMƏYƏNLƏR

Siyasət

30 Sentyabr 2025 17:55 8031


Xəbər verdiyimiz kimi Prezident İlham Əliyevin sentyabrın 30-da imzaladığı sərəncamla, polkovnik Anar Müslüm oğlu İsmayılova general-mayor ali hərbi rütbəsi verilib.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, A.İsmayılov 1973-cü ildə anadan olub.

O, hazırda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçusudur. A.İsmayılov qurumun baş idarə rəisi vəzifəsində işləyir.  pizza mizza

Prezident İlham Əliyevin 2014-cü il avqustun 22-də imzaladığı sərəncamla “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub. 

A.İsyayılov 44 günlük Vətən müharibəsində iştirak edib. Müharibənin rabitə təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayıb. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 15-də imzaladığı sərəncamla 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Nazim Hacıyev


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!