Hörmüzdə nəhəng gəmidə partlayış oldu

saytların hazırlanması

Evə çatdırılma

Hörmüzdə nəhəng gəmidə partlayış oldu

Dünya

25 Noyabr 2026 22:58 49


İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz daşıyan gəminin partladığını və yanğın baş verdiyini bildirib.

"Yeni Sabah" xəbər verir ki, SEPAH Hərbi Dəniz Qüvvələri bu gün axşam saatlarında bir LNG daşıyan gəminin mövqeləndirmə sistemlərini söndürməklə böyük riskə getdiyini və Hörmüz boğazından keçərkən dəniz minasına düşərək partladığını açıqlayıb.

SEPAH bildirib ki, Hörmüz boğazında İranın müəyyən etdiyi qaydaları pozan, ABŞ ordusunun vədinə uyğun boğazdan icazəsiz keçən gəmilər dəniz minasına düşmək təhlükəsi ilə üzləşirlər. Məişət texnikası

Qeyd edək ki, bir qədər əvvəl İran ordusu da Hörmüz boğazının şərqində bir neft tankerində yanğın baş verdiyini və gəminin hərəkətinin dayandığını açıqlayıb./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!