Xəbər verdiyimiz kimi, İlqar Abbasov Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi təyin edilib. Həmçinin ona general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında Prezident sərəncam imzalayıb.
İlqar Abbasov 2017-ci ildən Bakı şəhər prokuroru vəzifəsini yerinə yetirib. 2022-ci ilin aprel ayında Baş Prokuror Kamran Əliyevin əmri ilə o vəzifəsindən azad olunub.
Ondan əvvəl isə Abbasov Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini olub. Dördpendirli pizza
Naxçıvan şəhərində anadan olmuş 49 yaşlı İlqar Abbasov daha əvvəl Naxçıvan Muxtar Respublikasında, Lənkəran və Səbail rayon prokurorluqlarında işləyib.
Bundan sonra Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsində çalışan İ.Abbasov baş prokurorun köməkçisi vəzifəsinə yüksəlib.
2009-cu ildən etibarən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində çalışan İ.Abbasova 2014-cü ildə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi (ədliyyə general-mayoru) verilib.
İ.Abbasovun atası Rza Abbasov da bir sıra dövlət vəzifələrində çalışıb, hazırda təqaüddədir.
Telegram kanalımız