MDB dövlətlərinin Gömrük Xidməti Rəhbərləri Şurasının iclasında rəqəmsal həllər və elektron ticarət müzakirə olunub.
“Yeni Sabah” xəbər verir ki, sentyabrın 23-də Belarusun Brest şəhərində Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Gömrük Xidməti Rəhbərləri Şurasının 83-cü iclası baş tutub. Tədbirdə Azərbaycanı Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Toplantıda əvvəlki iclasda qəbul olunmuş qərarların icra vəziyyəti gözlənilməklə yanaşı, gömrük nəzarətində müasir rəqəmsal texnologiyaların tətbiqi, perspektiv proqram vasitələri və inspeksiya-baxış komplekslərindən istifadə üzrə qabaqcıl təcrübələr nəzərdən keçirilib. Marqarita pizza
Bununla yanaşı, görüş çərçivəsində tərəflər aşağıdakı prioritet istiqamətlər üzrə fikir mübadiləsi aparıb və gələcək fəaliyyət planlarını müəyyənləşdiriblər:
MDB-nin Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturasına (XİF MN) uyğun təsnifat məsələləri;
Fiziki şəxslər tərəfindən şəxsi istifadə üçün malların sərhəddən keçirilməsi qaydaları;
Transsərhəd elektron ticarətin tənzimlənməsi;
Gömrük işinin digər sahələri üzrə əməkdaşlığın genişləndirilməsi.
Telegram kanalımız