Göyçayda oğurluq edən şəxs həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Göyçayda oğurluq edən şəxs həbs olundu

Kriminal

20 Noyabr 2025 12:16 613


Göyçay rayonunda yerləşən evlərin birindən oğurluq edilib.

"Yeni Sabah" DİN-ə istinadla xəbər verir ki, mənzildə olan 7 min manatdan artıq pul vəsaiti talanıb.

Əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum edilmiş 29 yaşlı Elşən Fərzəliyev saxlanılıb. Sezar pizza

Araşdırmalarla E.Fərzəliyevin rayon ərazində yerləşən daha iki evdən də oğurluq etdiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!