Gülben Ergen təkcə “İnstagram”dan ayda BU QƏDƏR QAZANIR

saytların hazırlanması

Evə çatdırılma

Gülben Ergen təkcə “İnstagram”dan ayda BU QƏDƏR QAZANIR

Şou

01 Avqust 2026 02:01 115


Türkiyənin məşhur müğənnisi Gülben Ergen bu dəfə mahnıları ilə deyil, sosial şəbəkədən əldə etdiyi gəlirlə gündəmə gəlib.

“Yeni Sabah” xəbər verir ki, 53 yaşlı sənətçi bir müddət əvvəl instaqram hesabında aylıq 79,99 Türkiyə lirəsi (təxminən 2 manat 86 qəpik) məbləğində ödənişli abunə sistemini istifadəyə verib.

Gülben Ergen bildirib ki, bu funksiya vasitəsilə izləyiciləri ilə daha yaxın ünsiyyət qurur. O, yalnız abunəçilər üçün gündəlik həyatından görüntülər paylaşdığını, onların suallarını cavablandırdığını və xüsusi məzmun təqdim etdiyini deyib. pizza sifarişi

Türkiyə mətbuatının yaydığı məlumata görə, qısa müddətdə ödənişli abunəçilərin sayı 5 minə çatıb. Bu isə müğənniyə ayda təxminən 400 min Türkiyə lirəsi (təxminən 14 min 300 manat) gəlir qazandırdığı iddialarını gündəmə gətirib.


 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!