Güləşçimiz Avropa çempionu oldu

saytların hazırlanması

Evə çatdırılma

Güləşçimiz Avropa çempionu oldu

İdman

24 May 2026 13:25 103


Azərbaycanın sərbəst güləşçisi Yusif Abdullayev Bolqarıstanın Samokov şəhərində keçirilən U15 Avropa çempionatında qızıl medal qazanıb.

"Yeni Sabah'' xəbər verir ki, 38 kq çəki dərəcəsində çıxış edən idmançımız finalda Gürcüstan təmsilçisi Rezi Yobidze ilə qarşılaşıb.

Abdullayev həlledici görüşdə rəqibinə 10:0 hesabı ilə tam üstünlüklə qalib gələrək Avropa çempionu adını qazanıb. Dominos pizza

Qeyd edək ki, Yusif finala gedən yolda da inamlı çıxış edib. O, ukraynalı İvan Vasilkovu 10:0, Ermənistan təmsilçisi Norayr Gevorqyanı 11:0, belçikalı Məhəmməd Bisultanovu isə 13:1 hesabı ilə məğlub edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!