Günelin ən böyük arzusu gerçəkləşdi

saytların hazırlanması

Evə çatdırılma

Günelin ən böyük arzusu gerçəkləşdi

Şou

05 Noyabr 2024 14:26 474


Müğənni Günel Zeynalova uzun müddətdir ən böyük arzusunu gerçəkləşdirib. 

Yenisabah.az xəbər verir ki, sənətçi İbrahim Tatlısəsin mahnılarını ifa edib və onları albom şəklində hazırlayıb.

"Xəyalım gerçəkləşdi" deyən Günel "Dolu, dolu... Tam 18-lik İbrahim Tatlısəs mahnıları. Böyük musiqiçi ansamblı, bəstələr, heç dəyişdirmədən nostalji dolu 3 ilin sonunda istədiyimin eynisi oldu. Mahnıları, oxumağı qardaşım Tunar Rəhmanoğlu etdi. Bir neçə gün sonra yutub kanalımda dinləyə bilərsiniz" - deyə ifaçı paylaşım edib. Sezar pizza

Albomda Tatlısəsin "Haydi söylə", "Bir kulunu çok sevdim", "Ağlıyorum kahrından" kimi məşhur mahnıları yer alıb. Günel bununla bağlı hazırladığı videoda isə Tatlısəslə ilk görüşlərindən olan kadrı yerləşdirib.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!