Gürcüstan Azərbaycandan pomidor alışını 2.5 dəfə artırıb

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstan Azərbaycandan pomidor alışını 2.5 dəfə artırıb

İqtisadiyyat

23 Sentyabr 2026 14:48 110


Cari ilin ilk 8 ayında Gürcüstanın Azərbaycandan idxal etdiyi pomidorun həcmi kəskin artıb.

“Yeni Sabah” xəbər verir ki, Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən yanvar-avqust dövründə qonşu ölkə Azərbaycandan 2,71 milyon dollar dəyərində 3 790 ton pomidor tədarük edib. Gürcüstanın Milli Statistika İdarəsinin göstəriciləri əsasında aparılan tahlillərə görə, bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə məbləğ baxımından 2,5 dəfə, çəki baxımından isə 2,4 dəfə çoxalma deməkdir.

Bu artım nəticəsində Azərbaycan Gürcüstanın pomidor tədarük etdiyi ölkələr siyahısında ikinci pilləyə yüksəlib. Toyuqlu pizza

Ümumilikdə, Yanvar-Avqust aylarında Gürcüstan xaricdən 15 milyon dollar məbləğində 20 905 ton pomidor idxal edib ki, bu da ötən illə müqayisədə müvafiq olaraq 7,4% və 6,7% çoxdur. Qonşu ölkənin əsas pomidor tədarükçüsü 7 milyon dollar dəyərində (9 759 ton) məhsulla Türkiyə olub. Digər idxal tərəfdaşları arasında Türkmənistan (2,2 milyon dollar / 2 676 ton), Ermənistan (1,55 milyon dollar / 2 383 ton) və İran (1,5 milyon dollar / 2 249 ton) yer alıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!